"Mənimlə bağlı verilən qərar hüquqi yox, siyasi cəzadır"

8 Oktyabr 2021 09:40 Problem 964
"Mənimlə bağlı verilən qərar hüquqi yox, siyasi cəzadır"

Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı qaldırdığı iddia ərizəsinə baxacaq.

O, Vətən müharibəsi zamanı «feysbuk» səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb, "Qarabağ" isə 100 min avro cərimələnib.

Yanvarın 19-da klubdan ayrıldığını açıqlayan İbrahimov Avropa futbol qurumunun ona şikayət haqqı verməməsini qeyri-qanuni hesab edir.

Sabiq press-ateşe Sportinfo.az-a açıqlamasında bu barədə deyib:

«Bilirsiz ki, UEFA uzun müddət bizə bürokratik əngəllər yaradırdı. Mlk günlərdən etibarən çox sıxıntılarla üzləşdik. Məsələ çox uzandı, bizə çıxarılan qərardan apellyasiya hüququ verilmədi.

Bütün bunlara baxmayaraq, təslim olmadıq, etiraz hüququmuzun bərpası üçün vəkil Fərid Haqverdiyevlə birgə müvafiq istiqamətdə prosedura başladıq.

O, bu iməsələni öz üzərinə götürdü və bugünədək böyük fədakarlıq etdi. İşi bu yerə gətirib çıxartdı. Deməliyəm ki, mənimlə bağlı verilən qərar hüquqi yox, siyasi cəzadır.

UEFA heç nəyi nəzərə almadan ən sərt cəzanı seçib. Bunun niyə belə olmasını hər kəs yaxşı bilir. Hazırlıqlarımızı tamamlamışıq. Artıq bir ilə yaxındır ki, mübarizəmiz davam edir".

CAS hər iki tərəfi dinlədikdən sonra bu gün üçün onlayn-məhkəmə təyin edib: «Hamının qəbul etdiyi kimi, bu qədər ağır cəzanın verilməsi düzgün deyil.

Biz hadisə ilə bağlı müəyyən şahidlər də göstərmişik. Yəni, hadisə necə olub və sosial şəbəkədəki status hansı şəraitdə yazılıb. Nəticənin necə olacağını birlikdə görəcəyik".

İbrpahimov indi nə gözləyir? O, məhkəmənin qərarı ilə cəzanın tam ləğv olunmasını istəyir:

"Artıq cəzadan 1 il ötüb. Neçə ilədək azaldılması barədə nə isə düşünmürük. İstənilən halda, hansısa dəyişikliyin baş verməsi bu məsələdə haqlı olduğumuzu göstərəcək.

Mənim də orada əsas məqsədim bu haqqı qorumaqdır. Haqqı çatdırmaq istəyirəm ki, affekt vəziyyətdə yazılmış statusa görə belə cəzanın verilməsi absurdur və real deyil.

Biz də ən azından cəzanın dəyişdirilməsinə çalışırıq. Əsas istəyimiz isə ləğv edilməsidir. UEFA işi çox ciddiyə alır və məhkəmə işinə ciddi heyətlə qatılır.

Bu cür lobbi dəstəyinin haradan gəldiyi isə hamıya bəllidir".

Onun sözlərinə görə, məhkəmədə UEFA-nın maraqlarını dünyanın ən sayılıb-seçilən 5 hüquq şirkətindən birinin vəkilləri qoruyacaq.

Eyni zamanda, UEFA burada genişləndirilmiş heyətlə iştirak edəcək: «Hardansa şahid-filan gətirirlər. Vəkilimiz onların mövqeyinə əks arqumentlərdən ibarət dosye hazırlayıb.

Məhkəmə Bakı vaxtı ilə saat 11:30-da başlayacaq və güman ki, 2-3 saat çəkəcək. Azərbaycanda 7-dən 70-ə o qədər insandan, zümrələrdən o qədər dəstək almışam ki…

Allah hamısından razı olsun! Hərə bir cür dəstək verdi: duaları, inancları, sevgiləri ilə. Mən bunların heç birini unutmaram».

Sabiq klub sözçüsü daha sonra bunları söyləyib: "Mən statusu nə vaxt yazmışam, hansı səbəbdən və niyə yazmışam?

Biz sadəcə, bunu göstərməyə çalışırıq. Uzun proses getdi, UEFA ilk olaraq məhkəmənin keçirilməsini istəmirdi.

Hamı öz dəlillərini göstərəcək və nəticənin necə olacağını görəcəyik. UEFA bu 1 il ərzində dolayısı ilə mənim yazdıqlarımı təsdiqləyib.

Ermənilərin Tərtər və Bərdəni raket atəşinə tutmasını, dinc sakinlərin ölməsinini özləri də bəlkə istəməyərəkdən qeyd ediblər. Hamıya məlumdur ki, mən o status hansı niyyətlə, hansı emosiyalarla yazmışam.

Bütün yazışmalarımızda da var ki, Gəncə və Bərdə şəhərlərini ermənilərin bombalamasından sonra bu status yazılıb. Bunu özləri də yazışmalarımızda etiraf edir ki, şəhərlərimizin bombalanması zamanı yazmışam. H

ər zaman bunu göstərmək istəyirik ki, bunu soyuq başla yazmamışam, bu, günahsız və sivil insanların öldürülməsinə reaksiya idi.

Bu, irqçilik deyil, mənim statusum müəyyən səbəblərdən yazılıb. Biz də bunu sübut etməyə çalışırıq. CAS ciddi qurumdur, ədalətli qərar veriləcəyinə inanırıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti