Millimiz oteldə karantinə alındı, məsləhətləşmə başladı, yekun qərar...

7 Oktyabr 2021 16:20 Problem 962
Millimiz oteldə karantinə alındı, məsləhətləşmə başladı, yekun qərar...

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Belçikada keçirilən Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qəbul olunacaq yekun qərarlar oktyabrın 8-də açıqlanacaq.

Yığmanın 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti