"Bölgədə baş vermiş geosiyasi dəyişikliklər bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacaq".
Sportinfo.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov səsləndirib.
Oonun fikrincə, gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir:
"Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır.
Gənclərin və idmançıların maraqları naminə çalışmaq - insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman siyasətlərində də islahatlara ehtiyac duyulur.
Vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspert və müqayisəli təhlillərə diqqət göstəriləcək.
İndi çoxlu sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək".

