“Bizə deyilib ki, otaqdan çıxsaq, polis çağırılacaq” - Millimizin baş məşqçisi

6 Oktyabr 2021 14:20 Problem 1 061
“Bizə deyilib ki, otaqdan çıxsaq, polis çağırılacaq” - Millimizin baş məşqçisi

Bilindiyi kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb yığmamızın 3 futbolçusunun koronavirusa yoluxmasıdır.

Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan U-17-nin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib ki, Belçikanın daxili qanunlarına əsasən komandamızın digər üzvlərindən daha bir dəfə test götürüləcək.

Təqvimə əsasən, bu gün keçirilməsi nəzərdə tutulan Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

“Dünəndən komandamızı karantinə alıblar. Heç yerə çıxmağa icazə verilmir. Qapıdan çölə çıxacağımız halda polis çağırılacağı bildirilib”.

Bu sözləri newsport.az-a açıqlamasında millinin baş məşqçisi Aqil Nəbiyev deyib. Çalışdırıcı bunun futbolçulara pisxoloji olaraq pis təsir etdiyini bildirib:

“Səhər yeməyimizi də otağımıza gətirdilər. Oyunçular psixoloji təzyiq altındadır. Otaqdan çıxa bilmirik.

Bu gün Bakı vaxtilə saat 13:00-da oyunumuz olmalıydı, amma təxirə salındı. Bir azdan bizdən yenə test götürəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...