Azərbaycan millisində 3 futbolçu koronavirusa yoluxdu

5 Oktyabr 2021 16:20 Problem 781
Azərbaycan millisində 3 futbolçu koronavirusa yoluxdu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarov (“Qarabağ”) bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

U-17 AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti