Birinin nənəsi öldü, biri xəstələndi - Bakıya səfər problemə döndü

5 Oktyabr 2021 19:40 Problem 1 438
Birinin nənəsi öldü, biri xəstələndi - Bakıya səfər problemə döndü

İrlandiya Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, Bakıya səfər ərəfəsində iki futbolçu məşqlərdən kənarda qalıb.

Mərkəz müdafiəçisi Şeyn Daffi nənəsinin vəfatı ilə əlaqədar icazəlidir, hücumçu Aaron Konnolli isə xəstələnib. Hər iki oyunçu millinin düşərgəsinə Bakıya səfər ərəfəsində qoşulacaq.

Əvəzində hazırlıq prosesində milliyə ilk dəfə dəvət alan 28 yaşlı forvard Uill Kin iştirak edib. O, əvvəllər İngiltərənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.

İrlandiya oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...