”Biz əlavə imtiyaz istəmirik, verilən qərarların heç bir əsası yoxdur”

5 Oktyabr 2021 12:20 Problem 656
”Biz əlavə imtiyaz istəmirik, verilən qərarların heç bir əsası yoxdur”

“Liverpul”un qapıçısı Alison Bekker İngiltərə hakimiyyətini tənqid edib.

Sportinfo.az xəbər verir ki, Braziliya yığmasının qapıçısını vaksin olunduqdan sonra da karantinə alınmaları narahat edir.

Hökumətin qərarına əsasən, Cənubi Amerikadan olan futbolçular yığmaların oyunundan qayıtdıqdan sonra 10 gün karantinə alınmalıdırlar. Alison bu qərarın anlaşılmaz olduğunu bildirib:

“Hakimiyyət oyunçuları peyvənd olunmağa çağırdı. Biz də peyvənd olunduq. Amma bütün bunlara baxmayaraq, yığmanın oyunundan qayıtdıqdan sonra 10 gün karantində olmalıyıq.

Biz əlavə imtiyaz istəmirik, sadəcə, qəbul edilən qərarların məntiqli olmasını tələb edirik. Dünyada durumun necə olduğunu bilirik, vəziyyət çətindir. Amma verilən qərarların da heç bir məntiqi əsası yoxdur”.

Braziliya yığması oktyabrın 8-də Venesuela ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...