Kəmaləddin Heydərov idmançıların maaşını niyə kəsib?

5 Oktyabr 2021 14:40 Problem 1 426
Kəmaləddin Heydərov idmançıların maaşını niyə kəsib?

Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya dünya çempionu Milad Beiqi Harçeqani deyib.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”.

Məsələ ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini qeyd edib: “Bağışlayın, çox şeyi deyə bilmərəm”.

Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...