Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" doğma meydanda İngiltərə "Lester"i ilə qarşılaşdı.
Ölkəmizdə Avropa Liqasının yayım hüququna sahib olan "CBC Sport" kanalının bu görüşü yox, "Fənərbaxça" - "Olimpiakos" matçını canlı yayımlaması sosial şəbəklərdə ciddi etirazla qarşılandı.
Polşa çempionatın kanalda canlı yayımlanmamasını başa düşdük, bəs "Legiya"nın avrokuboklardakı bütün oyunlarının canlı yayımlanmamasına nə mane olur?
Məsələn, sonuncu "Lester"lə oyunu götürək. Bu kanaldan asılı olan səbəbdir, yoxsa başqa bilmədiyimiz məqamlar var?
Bütün bu suallara cavab olaraq "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Davamlı deyəndə ki, qrup mərhələsində "Legiya"nın cəmi 2 görüşü olub. Növbəti tur "Napoli" - "Legiya" görüşü "CBC Sport"dan canlı yayımlanacaq.
Bu tur "Legiya"nın oyunu "Fənərbaxça" - "Olimpiakos" matçı ilə üst-üstə düşdü. Meydan sahiblərinin ölkəmizdə çox sayda azarkeşi var.
Oyuna olan marağı nəzərə aldıq. Biz çalışırıq bütün azarkeşlərin istəyini nəzər alaq. Amma növbəti tur "Legiya"nın "Napol"i ilə oyunu göstəriləcək".
Kanal rəsmisi Polşa çempionatının kanalda yayımlanmasının hazırda müzakirə olunmadığını bildirib:
"Polşa çempionatının yayım hüququnun alınması gündəmdə deyil. Bizim kanal həmin çempionatın yayım hüququna sahib deyil. Ona görə də Mahirin çempionat matçlarını canlı yayımlaya bilmirik".
Abbasov "bəs qarşıdakı turlar seçim necə aparılacaq? sualını belə cavablayıb: "Növbəti oyunlar çox şeylər ola bilər. Mahir "Napol"i ilə matçda ikinci sarı vərəqəni alsa, növbəti turu buraxmalı olacaq.
Mahir olmayan halda, "Legiya"nın oyununu yayımlayaq? Yəqin ki, siz də razılaşarsız ki, bu, düzgün deyil.
"Legiya" "Spartak"la oynadığı gün afişası daha cəlbedici olan başqa bir oyun ola bilər. Seçimi "Legiya" - "Spartak" oyunu üçün etsək, inanın, sosial şəbəkələrdə narazılıq olacaq ki, filan oyun niyə verilmədi.
Amma təbii ki, biz də Mahir Emrelini diqqət mərkəzində saxlayırıq. Növbəti həftə Mahirin oyununu yenə bizim kanal verəcək".

