"Qarabağ" Konfrans Liqasınım qrup mərhələsinin üçüncü turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Kayrat"ı qəbul edəcək.
Adıçəkilən arenada olan Sportinfo.az-ın əməkdaşı ot örtüyünün son durumu ilə yaxından tanış olub.
Sonuncu dəfə pley-off mərhələsinin "Aberdin"lə ev oyununda bərbad gördüyümüz qazon hazırda kifayət qədər yaxşıdır.
Nəzərə alaq ki, "Kayrat"la oyuna kimi 3 həftəyə yaxın vaxt var. Deməli, bu müddətdə arenanın ot örtüyü daha ideal vəziyyətə gələcək.
Stadionun ot örtüyünün bərbad olması səbəbindən Konfrans Liqasının qrup mərhələsinin "Bazel"lə baş tutan ilk matçını təmsilçimiz Bakı Olimpiya Stadionunda keçirmişdi.
"Qarabağ" - "Kayrat" matçı oktyabrın 21-i keçiriləcək.
Arenadan çəkilmiş fotoları sizə təqdim edirik





