“Kayrat”ın Müşahidə Şurasının üzvü Kayrat Boranbaev ölkə futbolunun durumu haqda danışıb.
Sportinfo.az xəbər verir ki, klub funksioneri ölkə futbolunun durumunun bərbad olduğunu bildirib.
O, uşaq futbolunda vəziyyətin daha acınacaqlı olduğunu vurğulayıb:
“Gəlin düz danışaq, indi Qazaxıstana kim gəlir? Berdıev ona görə gəldi ki, vaxtilə “Kayrat”da oynayıb. Futbolumuzun inkişafı haqda fikirləşməliyik.
Bizdə uşaq məşqçiləri qəpik-quruş alırlar. Ona görə də onlar hansısa şəxsi məktəblər açırlar ki, uşaqların valideynlərindən pul alsınlar. Amma bu məktəblər ölkə futboluna heç nə vermir.
Deyirlər ki, Qazaxıstanda mindən çox futbol meydançası tikiblər. Hanı onlar? Bizdə stadion yoxdur, uşaqların oynaması üçün yer yoxdur.
Bizim 3 klubumuz Konfrans Liqasının oyunlarını “Astana Arena” keçirdi. Hansı ağıllı məşqçi bura gələr? Yalnız gənclər, özünü sübut etmək istəyənlər gələr.
Bizdə bütün məşqçilər karusel kimi fırlanır. Bu klubdan o kluba, o klubdan bu kluba. Baxın, Muxanov yenə də “Aktobe”yə qayıtdı.
“Bizdə futbol yoxdur” deyəndə məndən inciyirlər. Bəli, bizdə futbol yoxdur. Özümüzü aldatmayaq”.

