Bu qədər problemləri var - Azərbaycanla oyundan əvvəl

30 Sentyabr 2021 21:40 Problem 1 082
Bu qədər problemləri var - Azərbaycanla oyundan əvvəl

İrlandiya millisi Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl heyətlə bağlı problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Dara O Şi zədəli olduğu üçün qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.

Bundan əlavə, Ceyson Molumbi və Alan Braun cəza, kapitan Şeymus Koulman isə zədə səbəbindən matçı buraxacaq.

Mett Doerti, Ceff Hendrik və Adam İdahın isə durumu hələlik bəlli deyil. Hər üç oyunçu yenicə sıraya dönüb.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...