“Milan”ın baş məşqçisi Cüneyt Çakırdan şikayətləndi: “Sübut etdik ki...”

29 Sentyabr 2021 21:40 Problem 990
“Milan”ın baş məşqçisi Cüneyt Çakırdan şikayətləndi: “Sübut etdik ki...”

“Milan”ın baş məşqçisi Stefano Pioli ÇL-in qrup mərhələsinin 2-ci turunda “Atletiko” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Pioli qarşılaşmanın hakimlərindən narazılıq edib.

O, türkiyəli Cüneyt Çakırın bütün mübahisəli məqamlarda rəqibin xeyrinə qərar qəbul etdiyini bildirib:

“Hesab etmirəm ki, hakim üçün yaxşı gecə idi. Onlar bizi cəzalandırdılar. Mən qırmızı vərəqəni, penaltini də nəzərdə tutmuram. Hakim bütün mübahisəli məqamlarda rəqibin xeyrinə qərar verirdi.

Amma buna baxmayaraq, komandamdan razıyam. Biz sürətli, kombinasiyalı oyun keçirdik. Sübut etdik ki, rəqabətə davam gətirə bilərik.

Üstəlik, son vaxtlar olduqca ağır təqvimlə üzləşmişik. Artıq sabah “Atlanta” ilə oyun haqda düşünməliyik. “Atletiko” ilə oyun bizi fiziki cəhətdən çox yordu”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...