Məqsədsiz və məramsız Azərbaycan klubu - VACİB QEYD

29 Sentyabr 2021 15:00 Problem 2 116
Məqsədsiz və məramsız Azərbaycan klubu - VACİB QEYD

"Keşlə" bərbad idarəetməsi ilə daim müzakirə mövzusu olub.

Hər ilin axırı çox sayda legioner yola salınır, ən azı yola salınnanlar qədəri də transfer edilir.

Demək olar hamısı da keyfiyyətsiz.

Komandanı "su yoluna" çevirən Sadio Tounkaradan, əlcək kimi dəyişdirilən məşqçilər və yerli futbolçulardan heç danışmırıq. Ruslan Əmircanov kimilərin paytaxt klubunda niyə qalmasının olmayan izahını da demirik.

Əbəs deyil ki, bu klubun yaşa(dıl)ması zaman-zaman tənqid olunub.

Dünən Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) açıqladığı statistik məlumat deyilənlərin həqiqətini bir daha sübüt etmiş oldu.

CIES-in araşdırmasına görə, 5.1 fazilə Azərbaycan Premyer Liqasında gənc futbolçulara ən az şans verən komanda "Keşlə"dir.

Ən yüksək yaş ortalaması olan klub da "Keşlə"dir. O zaman sual yaranır ki, bəs bu komandanın məqsədi, məramı nədən ibarətdir?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...