Tanınmış idman jurnalistinin vəziyyəti ağırdır - Süni tənəffüs aparatına qoşuldu

20 Sentyabr 2021 17:40 Problem 1 533
Tanınmış idman jurnalistinin vəziyyəti ağırdır - Süni tənəffüs aparatına qoşuldu

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya federasiyanın baş katibi Elmar Babanlı məlumat verib.

O bildirib ki, E.Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub:

“Onun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb. Elnur süni tənəffüs aparatından başqa, həm də dializ aparatına qoşulub. Çünki onun böyrəyi yoxdur.

Bu səbəbdən də dializə ehtiyac var. Həmçinin hazırda saturiyasiyası 70 faizdir. Vəziyyəti heç də ürəkaçan deyil. Bütün tədbirlər isə görülür”.

"Yeni Klinika"dan report-a E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlandığı bildirilib.

"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb.

Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib.

Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür: "Onun səhhəti daimi nəzarətdədir".

Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti