UEFA “Qarabağ”ı cəzalandıracaq? – PİVƏ OLAYI

17 Sentyabr 2021 14:40 Problem 1 831
UEFA “Qarabağ”ı cəzalandıracaq? – PİVƏ OLAYI

Xəbər verdiyimiz kimi, Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” – “Bazel” oyunundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında masadakı pivə şüşələrinin götürülməsini istəyib.

Sportinfo.az xəbər verir ki, onun istəyi yerinə yetirilib.

Lakin bildiyimiz kimi, UEFA qurumun sponsorlarının reklamına aid əşyaların masalardan avrokubok oyunları zamanı yığışdırılmasını qadağan edib. Qurbanovun addımından sonra “Qarabağ”ın cəzalanacağı düşünülür.

Amma UEFA-nın qaydalarında istisna hallar mövcuddur. Belə ki, qurumun qərarlarına əsasən dini inanclara görə sponsorlara qarşı hər hansı addım atılırsa, buna görə klub cəzalanmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...