Azərbaycan klubu UEFA-nın məşhur sponsorunun adını reklam löhvəsindən çıxartdırdı

17 Sentyabr 2021 13:20 Problem 1 484
Azərbaycan klubu UEFA-nın məşhur sponsorunun adını reklam löhvəsindən çıxartdırdı

“Qarabağ” Konfrans Liqasında “Bazel”lə matç üçün keçirilən mətbuat konfransları zamanı qoyulan reklam löhvələrindən “Bwin” mərc şirkətinin reklamlarını çıxartdırıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdam klubu bunu adıçəkilən şirkətin fəaliyyətinin Azərbaycanda qadağan olunması ilə əlaqələndirib.

Klub UEFA-ya bildirib ki, “Bwin” ölkəmizdə qeyri-qanuni mərc şirkəti hesab olunduğu üçün adı löhvədən çıxarılmalıdır.

UEFA da “Qarabağ”ın bu istəyini yerinə yetirib. Qitə futbol qurumunun qaydalarına görə ölkələrin daxili qanunlarına hörmət göstərilməlidir.

"Roma" - CSKA (Sofiya) oyunundan sonra mətbuat konfransı

"Flora" (Tallin) - "Gent" oyunundan sonra keçirilən mətbuat konfransı

Digər Xəbərlər
Xəbər Lenti