"Heç bir klub odla oynamaq istəmədi - Bunu təkcə mən demirəm"

13 Sentyabr 2021 15:40 Problem 825
"Heç bir klub odla oynamaq istəmədi - Bunu təkcə mən demirəm"

“Bavariya”nın idarə heyətinin sabiq sədri Karl-Haynts Rummenigge Superliqa ideyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Rummenigge bu ideyanın yersiz olduğunu bildirib.

O, bütün Avropa azarkeşlərinin də buna qarşı çıxdığını deyib:

“Superliqanı cəmisi 3 klub dəstəkləyir. 3 klubun iştirak edəcəyi bir turniri təsəvvür etmək çox çətindir.

Bunu təkcə mən demirəm. Avropadakı bütün azarkeşlər mənimlə həmrəydirlər. Reaksiya aydın idi.

İngiltərə, Fransa və Almaniyada heç bir klub odla oynamaq istəmədi. Onu da deyim ki, Superliqa ideyası aprel ayında deyil, çox erkən yaranmışdı”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...