“Evə gəlirdim və 3 gün həyat yoldaşımla danışa bilmirdim“

13 Sentyabr 2021 12:00 Problem 1 107
“Evə gəlirdim və 3 gün həyat yoldaşımla danışa bilmirdim“

“Liverpul”un və Uelıs yığmasının sabiq futbolçusu Kreyq Bellami “Anderlext”dəki işindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, Bellami “Anderlext”də baş məşqçi Vensen Kompaninin köməkçisi işləyirdi.

İlkin məlumata görə, 42 yaşlı mütəxəssis maniakal depressiyadan əziyyət çəkir. Bellami məsələ ilə bağlı mətbuata açıqlama verib:

“Karyeram ərzində depressiya əlamətləri həmişə inkişaf edib. Evə gəlirdim və 3 gün danışa bilmirdim. Həyat yoldaşım, uşaqlarım vardı, amma sözün əsl mənasında danışa bilmirdim.

Özümü otağa qapayırdım, daha sonra isə yatırdım. Depressiya ilə mübarizə aparmağın yeganə yolu bu idi”.

Bellami “Anderlext”də 2019-cu ildən çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!