Koronavirusun ağırlaşması olan atipik pnevmoniya niyə ölümcüldür?

12 Sentyabr 2021 02:10 Problem 1 051
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya niyə ölümcüldür?

Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.

Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir, ona görə ona "Səssiz qatil”də deyilir.

Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.

Adətən, bu hal immuniteti zəif insanlarda baş verir.

İl ərzində kontrolsuz antibiotik qəbulu da pnevmoniyaya səbəb olur.

Atipik pnevmoniyanın günahkarları yarasalardır

Ümumiyyətlə, pnevmoniya yaradan mikrobların insana yarasadan keçməsi sübut olunub.

Bu patologiya çox ciddi diaqnostik tədbirlər tələb edir. Çünki ən peşəkar həkim belə ağciyərlərə qulaq asmaqla pnevmoniyanı aşkar edə bilməz. Ona görə də xəstə ağırlaşma olmadığına görə evdə qalır, terapevt hərarət və güclü öskürək görmədikdə adi müalicə yazır və nəticədə xəstə 10 gün ərzində letal nəticə - ölümlə üz-üzə qalır.

Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.

Gizli pnevmoniyanın əlamətləri:

- Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi

- Tənəffüsün fitverici olması

- Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur

- Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi

- Dərin nəfəs alma zamanı ağrı

- Bədəni beldən çevirəndə döş qəfəsində ağrı

- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə

Uşaqlarda əsas əlamətləri:

- Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir

- Tərləmənin artması

- Səbəbsiz ağlaması

- Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması

Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin.

Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.

Diaqnostikası:

Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkarlananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.

Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz. Xəstə öskürmürsə də bu pnevmoniyanın olmaması demək deyil.

Müalicəsi:

Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.

Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.

Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti