Mahir Emrelinin məyus olduğu gecə - VİDEO

12 Sentyabr 2021 00:56 Problem 1 811
Mahir Emrelinin məyus olduğu gecə - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşa çempionatında 7-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən kollektiv səfərdə “Şlyonsk”un qonağı olub.

Ehtiyat oyunçular sırasında yer alan Mahir görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Lakin o, komandasına kömək edə bilməyib.

Yekunda "Legiya" rəqibinə 0:1 hesabı ilə məğlub olub. Oyunda vurulan yeganə qola 84-cü dəqiqədə Viktor Qarsiya imza atıb.

7 turdan sonra "Legiya"nın aktivində 6 xal var. Komanda avrokuboka görə rəqiblərindən 2 oyun az keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...