AFFA-nin məsul şəxsi etiraf etdi ki...”Öz işində dönüş yaratmalıdır”

11 Sentyabr 2021 17:00 Problem 1 280
AFFA-nin məsul şəxsi etiraf etdi ki...”Öz işində dönüş yaratmalıdır”

"Komitə öz işində dönüş yaratmalıdır”.

Sportinfo.az xəbər verir ki, bu fikri AFFA Hakimlər Komitəsinin sabiq sədri Rüstəm Rəhimov səsləndirib.

Hazırda federasiyada ekspert olaraq çalışan beynəlxalq dərəcəli keçmiş referi Hakimlər Komitəsi üçün yaradılan şəraitin qarşılığında inkişafın istənilən səviyyədə olmadığını etiraf edib:

“Əvvəllər bu cür şərait olmayıb. Bu gün bir nəfər işləyir, hamı onə kömək edir. AFFA rəhbərliyi Frits Ştuxlikə yüksək şərait yaradıb.

Yanında 10-15 nəfər komitə üzvü çalışır. Bunun qarşılığında hakimliyin səviyyəsi az artır. Halbuki inkişaf daha çox olmalıdır".

Rəhimovun sözlərinə görə, AFFA hakimlərə elə şərait yaradıb ki, onlar öz üzərlərində yaxşı işləsinlər:

"Səhvlərə baxmayaraq, hakimlikdə irəliləyiş var. Rəşad Əhmədov ən çox ümid bəslədiyim hakimlərdən biridir.

Hesab edirəm ki, Əliyar Ağayev və Elçin Məsiyevdən sonra o və Kamal Umudlu kimi hakimlər ön plana çıxacaqlar. Onların inkişafı üçün sürətli, gərgin, mübarizəli oyunlar olmalıdır.

Bilirsiniz ki, bəzi hakimlərə peşəkar statusu veriləcək. Bu da onlar üçün əlavə stimul olacaq. Onlar artıq peşəkarlığa doğru gedirlər.

Buna görə maaş alacaqlar. AFFA onlar üçün hər cür şəraiti yaradıb. Gələn ildən VAR sistemi tətbiq olunacaq.

Bunun üçün savadlı hakimlər hazırlanmalıdır ki, onlar meydandakı referilərlə bir-birilərini tamamlasınlar. Bu sahədə işlər görülür.

AFFA bunu ona görə edir ki, hakimlər fikirlərini ancaq öz işlərinə, peşəkarlığa yönəltsinlər"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"