“Onları Azərbaycana gətirmək, milyonlar ödəmək futbol adına ən böyük söyüşdür”

9 Sentyabr 2021 11:20 Problem 1 418
“Onları Azərbaycana gətirmək, milyonlar ödəmək futbol adına ən böyük söyüşdür”

Azərbaycan millisinin uğursuzluqlarına futbol veteranlarını da biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, sabiq FİFA hakimi, “Qarabağ”, “Turan” və “Neftçi”də məsul vəzifələrdə çalışmış Tahir Süleymanov da yığmanın durumundan narahatdır.

O, millimizin Portuqaliyaya 0:3 hesablı məğlubiyyətindən sonra paylaşım edib. Süleymanov yığmanın baş məşqçi Canni de Byazinin mətbuat konfransında işlətdiyi sitata görə AFFA-nı qınayıb:

"Evi tikəndə aşağıdan, bünövrədən başlayırsan, damdan yox. Bunu federasiyanı davamlı tənqid edənlər, futbolun "inkişafını" görməyənlər, istəməyənlər demir,

AFFA ideoloqlarının, strateqlərinin gətirdiyi və bünövrəsiz damda otuzdurduqları Canni de Byazi deyir...

Milli futbolun damı, son mərtəbəsidir. Bünövrəsi uçurdulan, tikilməyən, mərtəbələri olmayan dama foqstları, lippertləri, obradoviçləri, de byaziləri gətirmək, milyonlar ödəmək - futbol adına ən böyük söyüşdür...

De Byazinin müqaviləsi sona çatmaq üzrədir. Sehrbaz deyiləm, təkliflərim var deyib, bünövrəsiz, damsız futbolda müddətini uzatmaq, hətta ürəyindən söyüş söymək keçir artıq...”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"