“Mən həmin adamam, səhvə yol vermişəm”

9 Sentyabr 2021 01:10 Problem 952
“Mən həmin adamam, səhvə yol vermişəm”

“Sampdoriya”nın sabiq kapitanı Françesko Flaki futbola qayıtmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Françeskonun qanından 2007-ci ilin yanvarın 28-də götürlən dopinq-test müsbət çıxmışdı.

Onun orqanizmində kokain aşkarlanmışdı.

Həmin vaxt futbolçu 2 illik cəzaya məruz qalmışdı. Amma 2009-cu ildə götürülən test onun orqanizmində yenə də narkotik olduğunu göstərmişdi.

Bundan sonra onu 12 il müddətinə futboldan uzaqlaşdırmışdılar. Flaki bu müddət ərzində qeyri-rəsmi olaraq uşaq və yeniyetmə komandaları çalışdırmışdı.

İndi isə o, rəsmi olaraq fəaliyyət göstərmək istəyir. Flaki qərarını belə şərh edib:

“Mən həmin adamam, müəyyən dəyərlərə sahibəm. Səhv edə bilərsən, amma əsas odur ki, ayağa qalxa biləsən. Futbolda öz rolumu oynaya biləcəyimi göstərmək istəyirəm.

Mən səhvə yol vermişəm, istəmirəm ki, başqaları da bu səhvi təkrarlasın. Uşaq və yeniyetmələrlə işləyirəm və öz işimdən həzz alıram. Hiss edirəm ki, valideynlər də məni qiymətləndir və etibar edirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"