Ermənistana qaytarılan hərbçilərin kimliyi bilindi - Qaragöldə yoxa çıxmışdılar

8 Sentyabr 2021 15:50 Problem 1 826
Ermənistana qaytarılan hərbçilərin kimliyi bilindi - Qaragöldə yoxa çıxmışdılar

Sentyabrın 7-də Azərbaycan ordusunun Ağdərədə saxlanılan saxlanılan hərbçisi Cəmil Babayevlə dəyişdirilən iki erməni hərbçinin adı məlum olub.

Sportinfo.az xəbər verir ki, onlar Artur Nalbandyan və Aramais Torozyandır.

Bir az əvvəl erməni hərbçiləri Bakıdan aparan Rusiyaya məxsus təyyarə İrəvanın “Erebuni” hava limanına enib. Əsirlərin mübadiləsi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandanı Rustam Muradovun vasitəçiliyi ilə həyata keçirilib.

Erməni mətbuatı Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin 14 iyulda Zəngəzur bölgəsində, Qaragöl yaxınlığında dumanda azaraq itkin düşdüklərini qeyd edib.

Bildirilib ki, onlar avtomobillə hərəkət etsələr də, silahsız olublar.

C.Babayev isə ötən ay qanunsuz olaraq erməni separaçılar tərəfindən saxlanmışdı, hətta onu “mühakimə etməyə” yönəlik cəhd olmuşdu.

R.Muradov bir neçə gün əvvəl C.Babayevlə görüşmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...