“Əsəbdən kanalı çevirdim” – Vətən Müharibəsi iştirakçısı

8 Sentyabr 2021 17:00 Problem 776
“Əsəbdən kanalı çevirdim” – Vətən Müharibəsi iştirakçısı

“Portuqaliya ilə oyunun 55-60-cı dəqiqələrinə kimi baxdım, sonra kanalı çevirdim.

Açığı, əsəbdən baxmaq olmurdu. Sözümə görə üzr istəyirəm, portəgizlər artıq futbol oynamırdı, məzələnirdi.

Milli hamımızındır, yaxşı olmasını istəyirik. Belə olmaz axı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol veteranı Novruz Əzimov bildirib.

“Neftçi”nin sabiq futbolçu oyunla bağlı danışarkən bunları deyib: “Bu cür rəqiblərlə qarşılaşanda çatışmazlıqlar daha aydın görünür.

Bu oyun bir daha göstərdi ki, Avropa futbolundan çox yox, çox-çox geri qalırıq. Hesaba görə demirəm ha!

Oyun planında geriyik. Sizi inandırım, onlara top fərqi lazım olsaydı, daha çox qol vurardı”.

Birinci Vətən Müharibəsinin iştirakçısı olmuş Əzimovun fikrincə, indiki halda yığmaya əcnəbi məşqçi lazım deyil:

“İllərdir deyirəm, yenə təkrarlayıram: bizə əcnəbi mütəxəssis lazım deyil. Dünənki oyunda komandanın başında yerli məşqçi olsaydı, bundan yaxşı olacaqdı ki, pis olmayacaqdı.

Bu mənada günahın hamısını Canni de Byazinin üstünə yıxmağın tərəfdarı deyiləm. Düvdür, nəticəyə o cavabdehdir. Amma ölkə futbolundakı problemlərin səbəbkarı o deyil.

Bu gün bizim düz-əməlli çempionatımız yoxdur. Premyer Liqada cəmi 8 komanda iştirak edir, bu da üzdə 35-40 futbolçunun olması deməkdir. Üstəlik, komandalarda görün nə qədər legionerlər var.

Ad çəkməyəcəm, bir neçə futbolçu var ki, millinin sıralarına cəlb olunmaq əvəzinə kənarda qalıblar. Daxildəki atmosfer də ürəkaçan deyil”.

Digər Xəbərlər
Xəbər Lenti