“Bu, dəlilikdir, amma biz problemləri həll etməliyik”

7 Sentyabr 2021 22:00 Problem 922
“Bu, dəlilikdir, amma biz problemləri həll etməliyik”

FİFA prezidenti Canni İnfantino Braziliya-Argentina qarşılaşmasında yaşanan insidentlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, İnfantino belə halın yolverilməz olduğunu bildirib.

Amma onun açıqlamasından hiss olunur ki, FİFA prezidenti problemin həll yolunu da bilmir:

“Cənubi Amerikanın iki nəhəng yığmasının oyununda nələrin baş verdiyini hamımız gördük.

Məmurlar, polislər, təhlükəsizlik işçiləri matçın başlamasından bir neçə dəqiqə sonra bəzi oyunçuları aparmaq üçün sahəyə çıxdılar.

Bu, dəlilikdir. Amma biz bu problemləri həll etməliyik. Bütün bunlar COVID-19 böhranı zamanı ortaya çıxan problemlərdir”.

Braziliya hökuməti karantin qaydalarının pozulduğunu əsas gətirərək Argentinanın 4 futbolçusunu deportasiya etmək istəyirdi. Bu səbəbdən də qarşılaşma yarımçıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti