"Bədnam və şarlatan Superliqaya qarşı birləşməliyik" – Prezident 

7 Sentyabr 2021 15:40 Problem 1 017
"Bədnam və şarlatan Superliqaya qarşı birləşməliyik" – Prezident 

UEFA prezidenti Aleksand Ceferin mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Ceferin klubların normal həyata qayıdışı, Superliqa ideyası və maliyyə feyr-pleyi ilə bağlı dəyişikliklər haqda danışıb:

“2020-2021-ci illərdə heç nəyi proqnozlaşdırmaq mümkün deyildi. İndi isə normal həyata qayıtmaq istəyirik.

Bunun üçün də biz bədnam, biabırçı və şarlatan Superliqa ideyasına qarşı birləşməliyik. Ümid edirəm ki, bu, yalnız bir epizod idi. Belə halı bir daha yaşamaq istəmirik.

Maliyyə feyr-pelyi ilə bağlı dəyişiklik? Biz məsuliyyətsiz davranış sərgiləmirik. Əlbəttə, maliyyə feyr-pleyi daha güclü sistemə keçməlidir. Bu sistem birbaşa nəzarəti və maliyyə məsuliyyətini təmin etməlidir.

Sistem futbolu sabitləşdirməli onun inkişafını təmin etməlidir. Klubların daha çox turnirlərdə iştirak etməsi və oyun keçirməsi üçün hazırkı strategiyamızı davam etdirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti