Millimizdə daha bir problem - Portuqaliya önünə çıxmayacaq

6 Sentyabr 2021 12:40 Problem 1 408
Millimizdə daha bir problem - Portuqaliya önünə çıxmayacaq

Dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.

Ukraynanın "Minay" klubundan komandaya cəlb edilən 21 yaşlı hücumçunun sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq.

Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...