"Hazırkı durum mənfiyə doğru dəyişə bilər".
Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA Hakimlər Komitəsinin sabiq sədri Rüstəm Rəhimova məxsusdur.
Hazırda federasiyada baaş mütəxəssis olaraq çalışan Rəhim Premyer Liqanın qarşıdakı turlarında hakimliklə bağlı vəziyyətin daha aydın görünəcəyini vurğulayıb:
"Çempionatda cəmi 2 tur keçirilib, ona görə də qiymət vermək çətindir. Ən azı ilk dövrədən sonra nə isə demək olar.
Mövsümün sonunda daha dəqiq fikir bildirə bilərik. Hakimlər əvvəllər ölkə xaricinə təlim-məşq toplanışlarına gedirdilər.
Ola bilər, indi maliyyə problemi və ya başqa səbəblər var. Çempionatdan öncə az oyun idarə ediblər.
Məsələn, təlim-məşq toplanışı keçən komandalar digərlərindən daha yaxşı oynayırlar. Çünki hazırlıq müddətində yoxlama matçları keçirirlər. Amma nəzəriyyə ilə praktika eyni deyil.
Futbolçularla oturub, səhərdən axşamadək söhbət etsək, oynaya bilərlər? Əlbəttə, yox. Bu da onun kimi bir şeydir. Hakimlər də oyun idarə etdikcə təcrübə qazanırlar".

