Azərbaycanla oynadı, sonra məlum oldu ki… KAPİTAN PROBLEMİ

6 Sentyabr 2021 23:20 Problem 1 352
Azərbaycanla oynadı, sonra məlum oldu ki…  KAPİTAN PROBLEMİ

İrlandiya millisinin heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyundan sonra kapitan Şeymus Koulman heyətdən çıxarılıb.

Buna səbəb 33 yaşlı müdafiəçinin millimizlə qarşılaşmada zədələnməsi olub. 1:1 hesabı ilə başa çatan görüşü əvəz edilmədən keçirən müdafiəçinin tibbi müayinədən sonra zədə aldığı aşkarlanıb.

Futbolçu seçmə mərhələnin Serbiya ilə oyununu buraxacaq. Onun əvəzinə “Fulhem”in oyunçusu Sayrus Kristi heyətə cəlb olunub.

İrlandiya – Serbiya oyunu sabah “Aviva” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...