Komaya düşən məşqçinin hazırkı vəziyyəti necədir?

5 Sentyabr 2021 10:40 Problem 971
Komaya düşən məşqçinin hazırkı vəziyyəti necədir?

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

Sportinfo.az-ın məlumatına görə, tanınmış məşqçinin müalicəsi ev şəraitində davam etdirilir.

Həftədə iki dəfə tibbi müayinədən keçirilən mütəxəssisin səhhətində irəliləyiş yoxdur. Yataq rejimində qaldığı üçün bədənin müxtəlif nahiyələrində yaralar əmələ gəlib və onların sağalma prosesi çox ləng gedir.

Həkimlər pasiyentin nə vaxt komadan ayılacağını deməyə çətinlik çəkir. Sadəcə, möcüzəyə ümid bəsləyirlər…

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...