Utandımı heç?

5 Sentyabr 2021 11:40 Problem 18 412
Utandımı heç?

İlk hissə göstərdi ki, irlandlar öz “adət-ənənələr»inə sadiqdir.

Standart vəziyyətlər və «ikinci mərtəbə» - bundan kənara çıxmadılar.

Kənarlarlardan hücumlar eyni qayda ilə təşkil olunurdu və çox da təhlükəli deyildilər.

Emin Mahmudovun fasiləyə yaxın vurduğu baxımlı qolla paltardəyişmə otağına əla əhval-ruhiyyə ilə yollanan futbolçuları qələbəyə inandırmaq nə çətin işi idi ki, De Byazi bunu da etmədi.

İkinci yarıda hamını arxaya çəkdi, 5 əvəzləmə limitini tez doldurdu. Rüfət Əhmədzadə ilə Ramil Şeydayevi artıq 60-cı dəqiqədən etibarən meydana buraxmaq olardı.

Orta sahədə top saxlamaq, əks-hücumların sürətini artırmaq lazım idi, o, Rəhim Sadıxovun varlığını yenə yadına salmaq istəmədi.

Bu İrlandiya ilə bərabərə qalmaq məğlubiyyət kimi bir şeydir. Qrupdakı rəqiblərimizin heç biri britaniyalılar qədər «dişsiz» və fərsiz futbolu ilə yadda qalmayıb.

Hətta Lüksemburq belə, onlardan daha ciddi və təhlükəli təsir bağışlayıb.

De Byazi irlandlardan 3 xalı qopara bilməməyi aparıb futbolçuların təcrübəsizliyinə bağlamaqdansa, öz ayıbına kor olsun, yaşına, saç-saqqalına baxıb, taktiki cəhətdən etdiyi səhvlərdən utansın!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...