“Hələ ölməmişik, bizi dəfn etmək üçün tezdir”

4 Sentyabr 2021 19:30 Problem 1 293
“Hələ ölməmişik, bizi dəfn etmək üçün tezdir”

“Portuqaliyaya qalib gəlsəydik, qrupdakı vəziyyətimiz çox yaxşı olacaqdı.

Ancaq hələ ölməmişik, bizi dəfn etmək üçün tezdir”.

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya yığmasının müdafiəçisi Matt Doherti deyib.

29 yaşlı cinah oyunçusu DÇ-2022-nin seçmə mərhələsində bu gün Azərbaycan millisi ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

“Tottenhem”in oyunçusu yalnız qələbə hədəflədiklərini söyləyib:

“Azərbaycanla oyunöncəsi özümüzü yaxşı hiss edirik. Əvvəlcə Azərbaycanı, ardından isə Serbiyanı məğlub edəcək gücdəyik.

Pley-offa çıxmaq baxımından çətin vəziyyətdəyik. Buna rəğmən Azərbaycan və Serbiyaya qalib gəlsək, qrupdakı durumumuz düzələcək”.

Dublindəki “Aviva” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...