Bakıya gəlmək istəməyən Ronaldo 5 gün evdən bayıra çıxmayacaq

4 Sentyabr 2021 23:40 Problem 1 840
Bakıya gəlmək istəməyən Ronaldo 5 gün evdən bayıra çıxmayacaq

Sportinfo.az xəbər verir ki, sentyabrın 3-də İngiltərəyə gedən "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo 5 gün karantində qalacaq.

"Qırmızı şeytanlar" 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı yerli hökumətə müraciət edib, lakin müsbət cavab almayıb.

Portuqaliyalı koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

Ronaldo sentyabrın 1-də Portuqaliya yığmasının heyətində İrlandiyaya qarşı DÇ-2022-nin seçmə oyununda iştirak edib və dubla imza atıb.

O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan ilə səfər matçını buraxacaq.

Forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti