Ronaldo Azərbaycan millisinə Bakıda qol vurmayacaq

2 Sentyabr 2021 01:50 Problem 2 795
Ronaldo Azərbaycan millisinə Bakıda qol vurmayacaq

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo Bakıda Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.

Görüşdə dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün xəbərdarlıq alıb.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...