"Qarabağda bunu reallaşdıran tarixə düşəcək"

1 Sentyabr 2021 09:30 Problem 1 507
"Qarabağda bunu reallaşdıran tarixə düşəcək"

"Laçın dəhlizindən Xankəndinə keçmək istəyən, xüsusən də bunu sentyabrın 2-də və bu kimi tarixlərdə etmək istəyən istənilən Ermənistan rəsmisi, əsgərimiz üçün leqal hədəf olmalıdır.

İnandırıram ki, cəmi 1 rəsminin alnında noxud boyda deşik açandan sonra bu problem yaxın onillik üçün birdəfəlik həll edilmiş olacaq. Onu reallaşdıran isə tarixə düşəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev erməni rəsmilərinin Laçın dəhlizindən keçərək Qarabağa qanunsuz səfəri haqqında münasibət bildirərkən deyib.

Ekspert onu da bildirib ki, sentyabrın 2-də qondarma qurum üçün qondarma "müstəqillik günü" qeyd edəcək ermənilərə görə sözügedən dəhliz ən azı 3 gün bağlı qalmalıdır:

"Başqa bir metod da var, ermənilərin "təhlükəsizliyi" üçün keçid və dəhlizləri, hər təbdir ərəfəsində və sonrasında cəmi 3 gün qapalı saxlamaq.

Bunu Rusiya da dəfələrlə öz sərhədyanı ərazisində tətbiq edib. Bu dəfə yol bağlananda Nikol 2 gün Putinə zəng vura bilməmişdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti