Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətln nizamlanması üçün şərti açıqladı

1 Sentyabr 2021 02:38 Problem 1 744
Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətln nizamlanması üçün şərti açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqları zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Sportinfo.az xəbər verir ki, Lavrov bütün məsələlərin istisnasız olaraq siyasi və diplomatik metodlarla həll edilməli olduğunu bildirib:

“Uzunmüddətli nizamlama isə yalnız sərhədlərin delimitasiyası və demarkasiyası yolu ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü hamıya yaxşı məlumdur. Biz bu gün bu təşəbbüsün necə tez yerinə yetirilməsinin mümkünlüyü ilə bağlı danışdıq”.

Lavrovun sözlərinə görə, Rusiya kommunikasiyanın blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətindən razıdır. Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...