Premyer Liqadan biri getdi, biri gəldi - Azərbaycan ilə oyunu buraxacaq

30 Avqust 2021 13:40 Problem 1 573
Premyer Liqadan biri getdi, biri gəldi - Azərbaycan ilə oyunu buraxacaq

2022-ci il dünya çempionatının seçmə oyunlarında İrlandiya və Azərbaycanla üz-üzə gələcək Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, İngiltərənin "Lester" klubunda çıxış edən Rikardu Pereyra zədə səbəbindən heyətdən çıxarılıb.

27 yaşlı müdafiəçinin yerinə komandaya İngiltərənin digər təmsilçisi "Vulverhempton"da oynayan Nelson Semedu cəlb olunub.

Sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi sentyabrın 4-də Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sentyabrın 7-də isə bu komanda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti