Eşit, Samir Abasov! Niyə ağlına gələni danışırsan?

27 Avqust 2021 19:20 Problem 2 402
Eşit, Samir Abasov! Niyə ağlına gələni danışırsan?

Dünənki gecə Konfrans Liqasında ölkəmizi 2 komanda təmsil edirdi.

Pley-off mərhələsindəki hər iki cavab oyunu Azərbaycan futbolu adına çox vacib hesab edilirdi.

“Neftçi” İsraildə “Makkabi”, “Qarabağ” isə uzaq Şotlandiyada “Aberdin” ilə görüşürdü. Hər iki komandamızın şansları, demək olar ki, eyni dərəcədə qiymətləndirilirdi.

Nəticələr necə oldu?

“Neftçi” meydanı biabırçı yenilgi, “Qarabağ” inamlı qələbə ilə tərk etdi. “Makkabi” “Neftçi”dən o qədərmi güclüdür ki, 4:0 uddu?

Yoxsa “Aberdin” bu qədər zəif komandadırmı ki, "Qarabağ”a öz meydanında böyük hesabla məğlub oldu?

Bəribaşdan deyək ki, pley- off mərhələsinə təsadüfü komandalar gəlıb çata bilməz. Azərbaycan çempionatının ötənilki sonluğunu nəzərə alsaq, bu məntiqlə “Neftçi” “Qarabağ”dan da güclü hesab edilməli idi.

Onda hadisələrin bu məcrada cərayan etməsinə səbəb nədir?

Paralel olaraq, hər iki komandanın müqayisəsinə nəzər yetirək. İstər “Neftçi”, istərsə “Qarabağ”, heç olmasa, 1 oyunu yüksək səviyyədə keçirə biləcək səviyyəli oyunçulara malikdir.

Samir Abasov hansı ağılla “Neftçi”nin futbolçularının təcrübəsizliyindən danışır? Guya Tural Bayramov – “Qarabağ”dan olan bu gənc o qədərmi təcrübəlidir?

Amma bu gənc digər yoldaşları ilə birlikdə o qədər inamlı oyun göstərir ki, sanki çılğın azarkeşlərlə dolu şotland stadionunda yerli mübariz komandaya qarşı deyil, milli çempionat matçına çıxıb.

Demək, burada təcrübədən çox, psixoloji durum öz sözünü deyir, bunu da “Neftçi”də görə bilmirik.

Oyunun əvvəlində komandalarımız hansı taktiki sistemlə oynayacaqlarını götür-qoy edirlər. Bu amil normal qarşılansa da, beynəlxalq turnirlərdə bunun həddən ziyadə qabardılması oyunçular üzərində əlavə psixoloji yük yaradır.

Fikir verək “Qarabağ”a. Rəqibin kimliyindən asılı olmayaraq, əsas, uygunlaşdıqları dördlü müdafiə sistemində oyunlarını qururlar.

Yalnız lazım duyulan anlarda - oyunların sonunda, oyunçularda həddən artıq fiziki yorgunluq yaranan zaman sistem dəyişikliyinə gedirlər.

Bir az da aydınlıq gətirək: Komanda oyununu rəqibə görə yox, öz potensialına əmin olduğuna görə qurur.

Bu amil də rəqibin kimliyinə baxmayaraq, futbolçularda əlavə inam yaradır. Sistemdən çox, oyunçular verilən oyun tapşırıqlarını düzgün yerinə yetirə bilsələr, daha xeyirli olar.

Biz yenə bunu “Neftçi”də görmədik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti