"Gördülər ki, futbolda perspektiv yoxdur, dedilər, klubu bağlayın"

22 Avqust 2021 13:54 Problem 1 348
"Gördülər ki, futbolda perspektiv yoxdur, dedilər, klubu bağlayın"

«Bu klub artıq yoxdur, dağılıb».

Bu sözləri Sportinfo.az-a açqlamasında «Şamaxı»nın sabiq baş məşqçisi Kənan Kərimov deyib.

Şamaxı rayon İcra Hakimiyyəti eyniadlı futbol klubunu maliyyələşdirməkdən imtina edib. 2 il öncə yaradılan komanda fəaliyyətini dayandırıb.

Region Liqasında mübarizə aparan «Şamaxı»nın dağılmasınıın səbəbi heç də maddi problemlər deyil. Sadəcə, rayon rəhbərliyi futbol sektorunda perspektiv görməyib və bura ayırdığı vəsaiti digər sosial layihələrə yönəldib.

K.Kərimovu dinləyək: «Çempionat yarmçıq dayandırıldı, sonra da keçirilmədi. Rayon rəhbərliyinin futbola böyük həvəsi yaranmışdı, komandaya yaxşı dəstək verirdilər.

20-25 nəfər oradan evinə çörək aparırd. İcra Hakimiyyəti Şamaxıda yeni stadion da tikmək istəyirdi. Məqsəd o idi ki, tezliklə divizionda çıxış edək, böyük futbolun ənənəsini yaradaq.

Nə arzular var idisə, hamısıı puç oldu. Rəhbər şəxslər gördülər ki, futbolda perspektiv yoxdur, dedilər, klubu bağlayın».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti