"İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil"

20 Avqust 2021 16:10 Problem 635
"İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil"

“Bəli, xəstəlik artır. Vətəndaş xəstəxanaya müraciət etməyə ehtiyac duyur.

Bu gün vaksin vurdurmaqdan çəkiniriksə, xəstəliyə yoluxan insanların hansı problemlərlə üzləşdiyini daha yaxşı bilirik”.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, həmin şəxslər bir çox dərman preparatını qəbul etməli olur: “Biz mart ayından olan statistikanı qeyd edə bilərik. Reanimasiyaya düşən xəstələrin arasında 96 faiz peyvənd olunmayanlardır.

Süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin olunmayanlardır. Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil. Vaksinasiya olunmuş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə olunub”.

Onun sözlərinə görə, bu günə qədər 6 milyona yaxın doza vurulub: “Bunu əhalinin sayından faiz olaraq çıxarırlar. Ancaq bizə iki doza vuran əhalinin əmsalı lazımdır.

Bu da ki, hazırda 24 faiz təşkil edir. Bəzi xoşagəlməz hərəkət edən tibb işçiləri bizim əziyyətlə işləyən tibb işçilərinin əməyinə kölgə sala bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...