“Məgər mən azərbaycanlı deyiləm? SOCAR-dan adicə təbrik də etmədilər məni” - ŞİKAYƏT

18 Avqust 2021 15:00 Problem 16 935
“Məgər mən azərbaycanlı deyiləm? SOCAR-dan adicə təbrik də etmədilər məni” - ŞİKAYƏT

“İki-üç ay əvvəl mənimlə əlaqə saxlayıb, vəziyyətimlə maraqlanmışdılar, sonra onlardan heç bir xəbər çıxmadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandırmış Pərviz Nəsibov deyib.

67 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı yunan-Roma güləşçisi "SOCAR Ukraine” şirkətinin ona dəstək vermədiyini bildirib:

“Bildiyimə görə, onlar ukraynalı cüdoçulara kömək olurlar. Bəs biz? Məgər mən azərbaycanlı deyiləm?

Burada mənim kimi, bir neçə azərbaycanlı idmançı var. Onlar da “SOCAR Ukraine”dən heç nə görməyib.

Mənə bir dəfə zəng vurdular, dəstək söz verdilər, amma heç nə olmadı. Olimpiadada yaxşı nəticə qazansam da, yadlarına düşmədim.

İndi Ukraynada hamı bizi tanıyır, kim görürsə, yaxınlaşıb xoş sözlər söyləyir. “SOCAR Ukraine”dən isə adicə zəng vurub, təbrik edən də yoxdur indi.

Guya, biz nə istəyirik ki? Ev istəmirik, başqa böyük nəsə istəmirik. Adicə benzin kartı nədir, onu da bizə çox görürlər.

Buradakı azərbaycanlı idmnançıların maddi imkanları məhduddur, hər hansı formada o da bizə kömək olardı”.

Digər Xəbərlər
Xəbər Lenti