Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına xəbərdarlıq

11 Avqust 2021 17:30 Problem 980
Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına xəbərdarlıq

Müdafiə Nazirliyi son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozması ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, açıqlamada Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması hallarının müşahidə olunduğu deyilir.

Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.

Qeyd edilib ki, buna qarşı Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq:

“Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...