Dünən aldız, bu gün geri qaytardız, buyurun, 1 milyonumuzu verin! – MƏHKƏMƏ PREDMETİ

27 İyul 2021 19:00 Problem 848
Dünən aldız, bu gün geri qaytardız, buyurun, 1 milyonumuzu verin! – MƏHKƏMƏ PREDMETİ

Məlum olduğu kimi, "Sabah"dan ayrılan Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərindən "Əl-Əyn"ə keçidi baş tutmayıb.

Bu barədə Masazır klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, “Əl-Əyn”dən 24 yaşlı müdafiəçinin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıblar.

Futbolçunun keçidindən transfer reallaşdıqdan 18 gün ötəndən - onun “Sabah”la müqaviləsi ləğv olunduqdan sonra imtina edilib.

"Sabah" məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. Mustafazadənin statusuna gəldikdə isə o, hazırda azad agentdir.

Sportinfo.az-ın məlumatına görə, “ağ-göylər” ərəb klubundan müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsini tələb edir. Burada söhbət 1 nilyon manata yaxın təzminatdan gedir.

Bəhlulla 3 illik anlaşan “Əl-Əyn” isə həm ona, həm də “Sabah”a vurduğu maddi ziyanı ödəyəcəyi ilə bağlı son məktubunda heç nə qeyd etməyib.

Azərbaycan klubunun FİFA-ya şikayət ərizəsi göndərmək məcburiyyətində buraxan əsas məqam da budur.

Digər Xəbərlər
Xəbər Lenti