Oqtay Abdullayev kömək etmədi, məsuliyyəti AFFA-nın üstünə atdı

21 İyul 2021 17:00 Problem 875
Oqtay Abdullayev kömək etmədi, məsuliyyəti AFFA-nın üstünə atdı

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyevin yaxınlarına yalan danışıb.

Bu barədə Masallıdan Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayan futbolsevərlər məlumat verib.

Bildiriblər ki, adıçəkilən şəxs AFFA-nın Əliyevin ailəsinə maliyyə köməkliyi göstərəcəyini vəd etsə də, sözünün arxasında dayanmayıb.

O, məşqçinin doğmalarına federasiyaya bununla bağlı məktub göndərdiklərini, lakin bugünədək cavab almadıqlarını söyləyib.

“Viləş”, “Şəmkir” və “Bakı”nın baş məşqçisi olmuş Q.Əliyev koronavirus ayoluxandan sonra beyin insultu keçirib.

Artıq 9 aya yaxındır ki, komadadır. Bu müddət ərzində AFFA və çalışdığı İsgəndər Cavadov adına akademiyanın rəhbərliyi ona 1 manat da olsa, yardım etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı