Ailəsi ölümlə təhdid olunan futbolçunun xanımı danışdı - FOTOLAR

10 İyul 2021 11:00 Problem 1 976
Ailəsi ölümlə təhdid olunan futbolçunun xanımı danışdı - FOTOLAR

İspaniya millisinin hücumçusu Alvaro Morata ölümlə təhdid olunub.

Sportinfo.az xarici mətbuata xəbər verir ki, bu barədə Moratanın həyat yoldaşı Alis Kampello məlumat yayıb.

O, Morataya nifrət və təhqir dolu mesajların, ölüm təhdidlərinin gəldiyini deyib:

“Bu, böyük cahillikdir. Məndən daha zəif birinə belə mesajlar gəlsəydi, yəqin böyük problemlər yaşayardı. İdman insanları bir yerə gətirir. Ümid edirəm ki, insanlar bu hərəkətlərinə son verəcəklər”.

Morata AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirilən matçın penaltilər seriyasında qol vura bilməyib.

Morata və Kampello 2017-ci ildən evlidirlər və üç uşaqları var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...