İngiltərənin finala çıxmasını hakimlərə UEFA sifariş edib?

8 İyul 2021 18:40 Problem 1 271
İngiltərənin finala çıxmasını hakimlərə UEFA sifariş edib?

Avropa çempionatının yarımfinalında Danimarkanın qapısına təyin edilən penalti ilə bağlı müzakirələr davam edir.

Sportinfo.az xəbər verir ki, dünyanın ünlü mütəxəssisləri, elə Britaniya mətbuatı da həmin epizodda qayda pozuntusunun olmadığını iddia edirlər.

Meydandakı hakimin səhv qərar verdiyi vurğulanır, bununla yanaşı, VAR hakimlərinə də irad bildirilir.

Hətta bunu UEFA-nın sifarişi hesab edənlər də var. Üstəlik, məlum olub ki, həmin vaxta daha bir pozuntu yaşanıb.

Rahim Sterlinq Danimarka yığmasının cərimə meydançasında yıxılarkən, meydanda iki top olub.

İngiltərə mübahisəli penaltidən vurulun qolla 2:1 hesabı ilə qalib gələrək, finala adlayıb. Finalda İngiltərənin rəqibi İtaliya olacaq.

Digər Xəbərlər
Xəbər Lenti