"Müəyyən problemlərimiz var, Bakıda çox güc sərf etdik"

7 İyul 2021 11:00 Problem 791
"Müəyyən problemlərimiz var, Bakıda çox güc sərf etdik"

"Təbii ki, hər kəs bizi necə çətin bir yarımfinalın gözlədiyini bilir. İngiltərə millisini bir müddətdir yaxından izləyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand deyib.

O, Avro-2020-nin 1/4 finalında Bakıda Çexiyaya qalib gəldikləri matç (2:1) və yarımfinalda İngiltərə ilə qarşılaşacaqları oyun haqqında danışıb:

"Yığmanın baş məşqçisi Qaret Sautqeyt çox yaxşı işlər görür. Komandada istedadlı futbolçular çoxdur. İngiltərə millisi evində oynayacaq.

Buna baxmayaraq, vəziyyətdən məmnunuq. Keçmişdə İngiltərə millisinə qarşı uğurlu oyunlarımız olub.

Özümüzə inanırıq. Şübhəsiz ki, İngiltərə yığması favoritdir, ancaq finala çıxmaq üçün ən yaxşı oyunu göstərmək lazımdır.

Heyətdə müəyyən problemlərimiz var. Bakıda çox güc sərf etdik. Heyətdə zədəli oyunçu yoxdur və bütün futbolçular oynamağa hazırdır”.

Danimarka - İngiltərə görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...