Bu yığmanı “Qızıl kubok”dan uzaqlaşdırdılar: "Onları riskə ata bilməzdik”

6 İyul 2021 00:00 Problem 1 590
Bu yığmanı “Qızıl kubok”dan uzaqlaşdırdılar: "Onları riskə ata bilməzdik”

Kuba yığması CONCACAF -ın “Qızıl kubok”unda iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, Kubanı bu turnirdən kənarlaşdırıblar.

Bu barədə məlumat CONCACAF -dan verilib. Kuba turnirin sonuncudan əvvəlki mərhələsində Fransız Qvianası ilə qarşılaşmalı idi.

Kubalılar bu qarşılaşmaya Nikaraquada hazırlaşırdılar. Oyun isə ABŞ-da keçirilməli idi. Məsələ ilə bağlı KONKAKAF-ın açıqlamasında deyilir:

“CONCACAF Kuba Futbol Assosiasiyası ilə mütəmadi əlaqə saxlayırdı. Çox təəssüf ki, viza və COVİD-19 problemləri ucbatından onların Fransa Qvianası ilə oyunu keçirilməyəcək.

Koronavirusla bağlı protokolları analiz etdikdən sonra iştirakçı komandaların sağlamlığını risk altına sala bilməzdik”.

Fransa Qvianası avtomatik olaraq seçmə mərhələnin sonuncu raunduna vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...